Rusiya və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov və Ara Ayvazyan arasında telefon danışığı olub.

Nazirlər Ermənistandakı vəziyyəti müzakirə ediblər.

Lavrov ölkəsinin Ermənistandakı vəziyyətin dinc müstəvidə həll olunacağına ümid etdiyini söyləyib.

“Rusiya Ermənistandakı vəziyyətə bu ölkənin daxili işi kimi baxır”, - deyə o bildirib.

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı fevralın 25-də Baş nazir N. Paşinyanın istefasını tələb edən bəyanatla çıxış edib.

 N. Paşinyan Baş Qərargahın bəyanatını hərbi çevrilişə cəhd adlandırıb. O, Baş Qərargah rəisi Onik Qasparyanı vəzifəsindən azad etdiyini açıqlayıb. 
 

.