"Trampın təşəbbüsləri həqiqətən də Ukrayna münaqişəsinin səbəblərini aradan qaldırmağa yönəlib".
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Ukraynadakı vəziyyətə dair səfirlər səviyyəsində keçirilən dəyirmi masada bildirib.
Onun sözlərinə görə, Avropada isə Ukrayna münaqişəsinin köklü səbəblərindən danışılmır: "Avropa münaqişənin köklü səbəblərini aradan qaldırmaqda və davamlı sülh yaratmaqda maraqlı deyil".
Lavrov vurğulayıb ki, Avropa Ukraynada atəşkəs istəyir ki, nəfəsini dərib münaqişəni yenidən başlasın: "Qərbi Avropa yalnız atəşkəs haqqında ona görə düşünür ki, nəfəsini dərib və yenidən Zelenski, onun rejimini Rusiya Federasiyasına qarşı müharibəyə hazırlasın. Avropa ölkələri sadəcə Kiyevi Rusiyaya qarşı hərbi əməliyyatları davam etdirmək, silah və pulla doldurmaq üçün vaxt qazanmağa çalışırlar".
Sergey Lavrov əlavə edib ki, Ukrayna böhranının lap əvvəlindən - 2014-cü ildən Rusiya onu həll etmək üçün əlindən gələni edib:"2021-ci ilin dekabr ayında Rusiyanın sülh yolu ilə həlldən başqa heç bir niyyəti olmayıb. Rusiya xüsusi hərbi əməliyyata yalnız Qərbin Kiyevə Donbasa qarşı müharibə aparmaq üçün kart-blanş verdiyini anladıqdan sonra başlayıb .
.
