Moskva Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyaya hazırlıq prosesinin tezliklə finiş xəttinə çatacağına ümid edir.
RİA "Novosti" verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov qazaxıstanlı həmkarı ilə keçirdiyi danışıqların yekununda deyib.
O qeyd edib ki, Qazaxıstan Xəzərin hüquqi statusu ilə bağlı 5-ci sammitə ev sahibliyi etməyə hazırlaşır: "Biz ümid edirik ki, 5 ölkə başçısının razılaşdığı kimi, sammit gələn il baş tutacaq. Biz bu gün Konvensiya üzrə hazırlıq prosesini müzakirə etdik”.
