Bunu "Moskovskiy komsomolets” qəzetinə müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Yenizaman.az saytı xəbər verir ki, müsahibədə Rusiyanın xarici siyasət idarəsinin rəhbəri ABŞ-ın Türkiyəyə Suriya ərazisinə tam həcmli müdaxilə etməyə imkan verməyəcəyini deyib.

Nazir qeyd edib ki, indiyə kimi söhbət Türkiyə tərəfindən Suriya ərazisində xırda əməliyyatlardan gedirdi. "Bu, hər halda tammiqyaslı müdaxilə deyil”, - Lavrov belə deyib.

Rusiya XİN başçısı sözlərinə belə davam edib: "Düşünmürəm ki, Türkiyənin də daxil olduğu və Amerikanın rəhbərlik etdiyi koalisiya bu cür düşüncəsiz planların həyata keçməsinə razılıq versin”.

Xatırladaq ki. Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ Suriya ərazisində İŞİD-lə mübarizə aparmaq üçün bu ölkəyə quru qoşunlarının yeridilməsinə hazır olduqlarını bildiriblər.

.