"Regionların xətti ilə Azərbaycanla münasibətlərimiz inkişaf edir".
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün XİN yanında Rusiya Federasiyası subyektlərinin başçıları Şurasının iclasında bildirib.
Sergey Lavrov bu ilin sentyabr ayında Rusiyanın Stavropol şəhərində keçirilən 8-ci Rusiya-Azərbaycan regionlararası forumunu xatırladıb: "Forumda Rusiya ilə Azərbaycan arasında beş ikitərəfli sənəd imzalanıb. Ümumilikdə Rusiyanın regionlarında 650-yə yaxın azərbaycanlı tərəfdaşlarımızla birgə müəssisə fəaliyyət göstərir".
"İran və Azərbaycan sərmayədarları Həştərxan vilayətinin "Lotos" xüsusi iqtisadi zonasında (XİZ) zavodların tikintisində fəal iştirak edirlər."
TASS agentliyi xəbər verir ki, bu barədə də Sergey Lavrov XİN yanında Subyektlərin Başçıları Şurasının iclasında deyib.
"Rusiya regionlarının Xəzər ölkələri ilə dialoqu geniş ticarət-iqtisadi əlaqələrinə əsaslanır. Regionlar bütün imkanlardan istifadə edərək investisiya əməkdaşlığı üçün əlverişli şəraitin yaradılması üzrə məqsədyönlü iş aparır" - S.Lavrov bildirib.
