"3-4 il öncə Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin görüşlərində səslənən birgə bəyanatlarda göstərilən ideyalara qayıtmaq olduqca vacibdir”.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıda TASS-a müsahibəsində deyib.
Bununla bağlı Azərbaycan prezidenti ilə müzakirələrin aparıldığını deyən diplomat siyasi nizamlanma detalları ilə yanaşı təmas xəttində etimad tədbirlərinin nəzərdən keçirildiyini bildirib. Onun sözlərinə görə, söhbət əsnasında əsirlərin dəyişdirilməsi, təmas xəttindən snayperlərin geri çəkilməsi kimi məsələlərə toxunulub.
Onun sözlərinə görə, hazırda əsas vəzifə yenidən zorakılığın baş verməsinə imkan verməməkdir.
ATƏT Minsk qrupu həmsədrlərinin konkret addımları nəzərdə tutan sənəd üzərində iş apardıqlarını xatırladan S. Lavrov mövcud durumun münaqişənin nizamlanmasında iştirak edən tərəfləri tezliklə bu tədbirləri həyata keçirməyə vadar edəcəyinə inandığını bildirib.
Rusiyalı nazir məsələni ötən gün Azərbaycan prezidenti ilə görüşdə müzakirə etdiyini və İlham Əliyevin bu yanaşmanı dəstəklədiyini deyib. Bu tədbirlərin "status-kvo”nu əbədiləşdirmək məqsədi daşımadığını deyən nazir qeyd edib ki, əsas məqsəd Rusiyanın həmsədrlərin səylərindən əlavə öz təşəbbüslərini irəli sürdüyü siyasi proses üçün daha əlverişli mühiti yaratmaqdır.
Müxtəlif vaxtlarda Vladimir Putin və Dmitri Medvedevin vəziyyəti dalandan çıxarmağa imkan verən ideyalar irəli sürdüyünü deyən S. Lavrov bu ideyaların əsasında Dağlıq Qarabağın statusunun müəyyən edilməsi ilə yanaşı ətraf rayonların azad edilməsinin dayandığını bildirib. "Detallara varmayacağam, amma danışıqlar masası üzərində bir neçə variant qalmaqdadır. Səylərimizi davam etdirəcəyik”, - deyə o vurğulayıb.
.