"Bakelektro" Açıq Səhmdar Cəmiyyətinin işçiləri kimi özlərini təqdim edən bir qrup şəxs "Azərenerji" ASC-nin qarşısında aksiya keçirməyə cəhd edib.

Qasımov Aqil adlı aksiya iştirakçısı bildirdi ki, 1 ildən çoxdur pullarını ala bilmir. ""Bakelektro" şirkətində işləmişik, pulumuzu ala bilmirik. 1 ildir gəlib gedirik. Bu gün, sabah deyib bizi aldadırlar. İndi deyirlər ki, kimə şikayət edirsiz, edin. Şirkətin sahibi  Balababa Rzayevdir. Dəfələrlə "Bakelektro" şirkətinə müraciət etmişik, amma nəticə yoxdur".

Aksiya iştirakçıların hamısı polis tərəfindən şirkətin ərazisinə buraxılmasa da, iki nəfərə rəhbərliklə görüşmək üçün "Azərenerji" ASC-nin binasına buraxılıb.

Aksiya insidentsiz başa çatıb.

Məsələ ilə bağlı "Bakelektro" və "Azərenerji" şirkətlərindən münasibət öyrənmək mümkün olmayıb.

Balababa Rzayev 2018-ci ilin sentyabrında "Azərenerji" ASC-nin sədr təyin edilib.

O, 2006-2015-ci illərdə "Bakıelektrikşəbəkə" ASC-nin İdarə Heyətinin Sədri vəzifəsində işləyib. 2015-ci ildə isə "Azərişıq" ASC-nin Sədri vəzifəsinə təyin olunub.(Turan)

.