Vəkil Eduar Çernin Azərbaycanda həbsdə olan bloqer Aleksandr Lapşinlə görüşüb.

Bu barədə APA-ya məlumat verən E. Çernin deyib ki, A. Lapşinin vəziyyəti normaldır:
"O, İsrailə təhvil verilməsini istədiyini dedi. Bununla bağlı ərizə yazıb və təcridxananın rəisinə təqdim edib. Rəis onun ərizəsini Ədliyyə Nazirliyinə təqdim edəcək”.
Qeyd edək ki, A. Lapşin ötən gün İsrailin Azərbaycandakı səfirliyinin nümayəndələri ilə görüşüb və onlara İsrailə təhvil verilməsini istədiyini deyib. O, barəsində olan hökmdən apellyasiya şikayəti verməkdən imtina edib.

.