Azərbaycanda həbsdə olan bloqger Aleksandr Lapşinin barəsində olan hökmdən apellyasiya şikayəti verməkdən imtina edib.

Bu barədə APA-ya onun vəkili Eduard Çernin məlumat verib.
Vəkil bildirib ki, A. Lapşin bu gün İsrailin Azərbaycandakı səfirliyinin nümayəndələri ilə görüşüb və onlara İsrailə ekstradisiya olunmaq istədiyini deyib.
Vəkil deyib ki, A. Lapşinin İsrailə verilməsi istiqamətində işlər aparılacaq.
Qeyd edək ki, Aleksandr Lapşin iyulun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il müddətinə azadlıqdan məhrum edilib.
.