Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Aslan Aslanovun oğlunu qətlə yetirməkdə təqsirlənidirilən Lamiyə Quliyevanın övladının atasının adı məlum olub. Musavat.com xəbər verir ki, bu barədə məlumatı Haqqin.az saytı yayıb. Məlumata görə, bu, 1984-cü ildə Ağsuda anadan olmuş Rəsulov Elnur Məmmədrəsul oğludur. Onun özü də şübhəli şəxs qismində istintaq təcridxanasında saxlanılıb. Sayt yazır ki, Elnur Rəsulovun uşağın atası olduğunu DNT analizləri sübut edib.
Elnur Rəsulov Baş Prokurorluq əməkdaşlarına ifadəsində Lamiyə Quliyevanın dünyaya gətirdiyi körpənin atası olduğunu etiraf edib. Lakin, o, Lamiyə Quliyeva ilə kamerada görüşdüyünü təkzib edib. Elnur Rəsulov Kürdəxanı istintaq təcridxanasının qadınlar üçün nəzərdə tutulmuş hissəsinə özünün toxum mayesini yollayıb.
Musavat.com xəbər verir ki, Rəsulov Elnur Məmmədrəsul oğlu Cinayət Məcəlləsinin 204.2-ci maddəsi (Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə təqsirləndirilib. 2014-cü ilin sonlarında Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə onun apellyasiya şikayətinə baxılıb.
.
