“İqlim dəyişiklikləri Kür çayının həcminin azalmasına səbəb olub. Kür çayının həcmi həm də yuxarıda olan mənbələrdən suyun götürülməsindən də asılıdır”.

Bunu Bioloji Resursların Tədqiqatı Mərkəzinin direktoru Mehman Axundov deyib. O bildirib ki, Gürcüstan və Türkiyədə Kür çayı tökülən hissədə su anbarları tikilir:

“Bu da suyun Kür çayında azalmasına səbəb olur. Əslində Kürün axını 130 kub saniyədə olmalıdır. Amma indi bu iki dəfə azalıb. Bu da balıqların çoxalmasına mənfi təsir göstərir”.

.