Kür çayında Milli Hidrometeorologiya Xidmətinin və Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən su ölçmə işləri həyata keçirilib.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, mayın 13-də Milli Hidrometeorologiya Xidmətinin Kür-Yevlax məntəqəsində apardığı ölçmələrin nəticəsində əsasən, 164 kubmetr/saniyə su sərfi olub.

Milli Hidrometeorologiya Xidmətinin və Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən Varvara məntəqəsində aparılan birgə ölçmə işləri zamanı 160 kubmetr/saniyə su sərfi müəyyənləşdirilib.

.