Azərbaycanın Koreyadakı səfirliyində maliyyə məsələləri üzrə attaşe işləmiş Nəcib Osmanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən iclasda hökm oxunub. Hökmə əsasən, Nəcib Osmanov 6 il azadlıqdan məhrum edilərək, məhkəmənin iclas zalında həbs olunub.

Qeyd edək ki, Osmanov Nəcib Tahir oğlu Azərbaycanın Koreyadakı Səfirliyində maliyyə məsələləri üzrə attaşe işləyib. O 2021-2022-vi illərdə işlədiyi müddətdə dövlət büdcəsindən səfirliyə ayrılmış vəsaitin 347 min manatını mənimsəyib.

Ona qarşı Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

.