Rusiyanın Kursk vilayətinin Kurçatov rayonunda Ukraynanın təyyarə tipli pilotsuz uçuş aparatı vurulub.
Bu barədə Kursk vilayətinin qubernatoru Aleksey Smirnov bildirib.
Onun sözlərinə görə, PUA-nın radioelektron mübarizə vasitələri ilə zərərsizləşdirilməsi nəticəsində dron Kursk AES-ə aid olmayan köməkçi tikiliyə düşüb. Nəticədə partlayış baş verib.
Qubernator hazırda təcili yardım xidmətlərinin hadisə yerində olduğunu söyləyib.
.