Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti Kürdəmirdə qeyri-qanuni at kəsimi haqqında məlumat yayıb.
Dövlət Baytarlıq Nəzarəti Xidmətindən APA-ya verilən xəbərə görə, aprelin 15-i axşam saatlarında daxil olmuş məlumat əsasında Kürdəmir Rayon Baytarlıq İdarəsi rayonun Xınıslı kənd sakini Bağırov Anar Ağarəsul oğluna məxsus həyətdə antisanitariya vəziyyətdə kəsimi aparılan, baytarlıq-sanitariya ekspertiza laboratoriyasından keçməyən 165 kq miqdarında at əti aşkar edib.
Aparılan araşdırma zamanı atın yeni kəsildiyi və satış üçün hazırlandığı məlum olub.
İlkin olaraq ətdən laboratoriya müayinəsi üçün nümunələr götürülüb və baytarlıq-sanitariya qaydalarına uyğun Respublika Baytarlıq Laboratoriyasına göndərilib.
Aşkar edilən ət mənşəyi məlum olmayan məhsul kimi zərərsizləşdirilib.

.