Kür çayında suyun səviyyəsində artım müşahidə olunur - VİDEO

3,948 oxunub

Son günlər Kür çayının Salyan və Neftçala rayonunun ərazisindən keçən hissəsində suyun səviyyəsi artmaqda davam edir. Bu gün hər iki rayonda çayda suyun səviyyəsi daha 10 santimetr qalxıb.

Son vaxtlar havaların qeyri-sabit keçməsi, normadan artıq yağışların yağması dağ çaylarında bol sululuq yaratmaqla yanaşı Kür çayına da öz təsirini göstərib. Çayda suyun səviyyəsi isə hələ də artmaqda davam edir. Bu xüsusi ilə Kürün aşağı axınında - Salyan və Neftçala rayonunun ərazisindən keçən hissəsində daha çox özünü göstərir. Bu gün Kür çayında suyun səviyyəsi Salyan rayonu ərazisindən keçən hissəsində 10 santimetr, eləcə də Neftçalada da bir qədər qalxıb. Sentyabrın əvvəlindən bu günə kimi Kür çayında suyun səviyyəsi Salyandan keçən hissəsində 1 metr 70 santimetr, Neftçalada isə 70 santimetr qalxıb. Bu hər iki rayon üçün elə bir ciddi təhlükə yaratmasa da əvvəlki daşqınlardan gözləri qorxan sakinlər isə narahatdır.

Mütəxəssislərin fikrincə, Kür çayında suyun səviyyəsinin bundan sonra da artacağı gözlənilir. Əgər bundan sonra çayda suyun səviyyəsi 1,5-2 metr qalxarsa məhz o vaxt hər iki rayon üçün təhlükə yarana bilər.




.
Təqvim