Kuba Kommunist Partiyasının nümayəndələri ölkə prezidenti Migel Dias-Kanelin partiyanın Mərkəzi Komitəsinin birinci katibi seçilməsinin lehinə səs veriblər.

Bu barədə təşkilatın “Twitter” səhifəsində məlumat paylaşılıb.

“Migel Dias-Kanel Bermudes Kuba Kommunist Partiyasının VIII qurultayında təşkilatın Mərkəzi Komitəsinin birinci katibi seçilib”, -deyə məlumatda qeyd olunub.

.