Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Baş katibi Stanislav Zasın rəhbərlik etdiyi missiya Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.

Bu barədə KTMT-nin mətbuat xidməti məlumat yayıb.

Nümayəndə heyəti İrəvana Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti öyrənmək və əlavə birgə tədbirlərlə bağlı təkliflər hazırlamaq üçün gəlib. Heyət sərhədyanı ərazilərdə mövcud vəziyyəti öyrənəcək, həmçinin Ermənistan ali siyasi və hərbi rəhbərliyi ilə görüşlər keçirəcək.

.