İyul ayı ərzində Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə ilə bağlı 880 nəfər müraciət edib.

Bu barədə Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu məlumat verib.

Məlumatda qeyd olunub ki, onlardan 158-i Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib, digərləri isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Qəbul olan xəstələrdən 100-ü dərmandan, 22-si sirkə turşusundan, 4-ü qida zəhərlənməsindən, 7-si etil spirtindən zəhərlənib. Digərlərindən 1-i anaflaksiya səbəbindən, 7-si allergik reaksiya səbəbindən xəstəxanaya yerləşdirilib. Həmçinin onlardan 17-ni ilan sancıb.  

Zəhərlənən şəxslərin 66-sı qadın, 72-si kişi, 20-si isə uşaq olub. Həkimlərin səylərinə baxmayaraq, 5 nəfər dərman zəhərlənməsindən, 1 nəfər sirkə turşusundan, 1 nəfər isə alkoqollu içkidən dünyasını dəyişib. Dünyasını dəyişən şəxslərdən 4-ü qadın, 3-ü kişidir. 
 

.