Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının (KSQT) İcraiyyə Şurası 2021-ci ildə Suriyanın təşkilatda dayandırılmış hüquq və imtiyazlarını bərpa etmək barədə qərar qəbul edib.

TASS xəbər verir ki, bu barədə KSQT-nin bəyanatında qeyd olunub.

Suriyaya qoyulan qadağa 2021-ci ildən qüvvədədir. Hüquqların bərpasına dair qərar Kimyəvi Silahların Qadağan Edilməsi haqqında Konvensiyanın iştirakçısı olan 67 dövlətin konsensusu ilə qəbul edilib.

"Suriyanın yeni hakimiyyəti konvensiyanın müddəalarının yerinə yetirilməsinə dair öhdəliyi öz üzərinə götürüb və KSQT-nin Texniki Katibliyi ilə əməkdaşlıq üzrə konkret addımlar atıb", - bəyanatda vurğulanıb.

Xatırladaq ki, 2021-ci ilin aprelində KSQT o vaxt devrilmiş prezident Bəşər Əsədin rəhbərlik etdiyi Suriyanı səsvermə və digər hüquqlardan məhrum etmişdi. Qərar həmin vaxt vətəndaş müharibəsi bürümüş Suriyanın müxtəlif regionlarında dinc sakinlərə qarşı kimyəvi silahdan istifadə insidentləri fonunda qəbul edilmişdi. Sanksiyaları 87 iştirakçı ölkə dəstəkləyib, 15 ölkə, o cümlədən Rusiya, Çin və İran isə buna qarşı çıxıb.

.