K.Aveiro öz “Instagram” səhifəsində portuqaliyalı jurnalistin fikrinə istinadən hesab edir ki, K.Ronaldu insanların diqqətini COVID-19 probleminə yönəltmək üçün bu xəstəliyə yoluxduğunu elan edib.

“Kriştianu bütün dünyanı oyada bilsə, aydın olacaq ki, bu portuqaliyalını tanrı özü bizə göndərib. İnanıram ki, mən də olmaqla minlərlə insan pandemiyaya inanacaq, ehtiyat tədbirləri görəcəklər. Bu, bəşəriyyətin ən böyük fırıldaqçılığıdır”, - K.Aveiro öz “Instagram” hekayəsində yazıb.

Qeyd edək ki, koronavirusa yoluxan Kriştianu Ronaldu Turində 10 gün özünütəcrid rejimində olacaq.

.