Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun futbolçusu Kriştianu Ronaldu daha bir dünya rekorduna imza atıb.
Yenizaman Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) rəsmi saytına istinadən xəbər verir ki, 35 yaşlı hücumçu buna "Əl-Şabab"a 4:0 hesabı ilə qalib gəldikləri yerli çempionatın IV turunun matçında dubl etməklə nail olub.
Bu, Ronaldunun milli çempionatlarda 516 və 517-ci qollarıdır. Portuqaliya millisinin üzvü Yozef Bitsan və Ferents Puşkası geridə qoyub. Siyahıya regional liqalarda vurulan qollar daxil edilməyib. Bu səbəbdən Pele və Romario cədvəldə yoxdur.
Futbolçu | Ölkəsi | Vaxt | Qollar | Fərqləndiyi liqalar | |
1 | Kriştianu Ronaldu | Portugal | 2002- | 517 | Portuqaliya 3, İngiltərə 103, İspaniya 311, İtaliya 81, Səudiyyə Ərəbistanı 19 |
2 | Yozef Bitsan | Avstriya | 1931-1955 | 515 | Avstriya 71, Çexoslovakiya, Bohemiya və Moraviya protektoratı 444 |
3 | Ferents Puşkas | Macarıstan | 1943-1966 | 515 | Macarıstan 359, İspaniya 156 |
4 | Lionel Messi | Argentina | 2004- | 496 | İspaniya 474, Fransa 22 |
5 | İmre Şlosser | Macarıstan | 1906-1927 | 417 | Macarıstan 411, Avstriya 6 |
6 | Gyula Jengeller | Macarıstan | 1935-1952 | 416 | Macarıstan 387, İtaliya 6, Kolumbiya 23 |
7 | Cimmi Makqrori | Şotlandiya | 1922-1937 | 409 | Şotlandiya 409 |
8 | Gerd Müller | Almaniya | 1964-1981 | 405 | Almaniya 365, ABŞ (NASL) 40 |