Krımda An-26 hərbi təyyarə qəzasında Rusiya Silahlı Qüvvələrinin Şimal Donanmasının şəxsi heyəti həlak olub.

Bu barədə Murmansk vilayətinin qubernatoru Andrey Çibis bildirib.

Onun sözlərinə görə, Krımda An-26 hərbi nəqliyyat təyyarəsi qəzasında həlak olanlar arasında Şimal Donanmasının şəxsi heyəti də var.

O, qəzada Şimal Donanmasının neçə hərbçisinin öldüyünü dəqiqləşdirməyib.

Qeyd edək ki, martın 31-də axşam saatlarında Krımın hava məkanında Rusiya MN-nin An-26 hərbi nəqliyyat təyyarəsi ilə əlaqə kəsilib. Daha sonra təyyarənin qayaya çırpılaraq qəzaya uğradığı və nəticədə 7 ejipaj üzvü və 23 sərnişinin öldüyü bildirilib.

.