RT xəbər verir ki, oktyabrın 18-dən 21-dək yarımadada matəm olacaq.

Qeyd edək ki, oktyabrın 17-də Krım yarımadasında yerləşən Kerç şəhərindəki Politexnik kollecinin binasında partlayış olub. İlkin məlumatlara görə, nəticədə 13 nəfər ölüb, 40-dan çox adam yaralanıb.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov hadisənin terror aktı olduğunu bildirib.
.