Krımın bütün şəhər və rayonlarında elektrik enerjisinin verilişi dayandırılıb.
Bu barədə "Krımenerqo" şirkəti məlumat yayıb.
Məlumata görə, yüksək gərginlikli elektrik şəbəkələrində xarici təsirlər nəticəsində yaranmış texnoloji nasazlıqlar səbəbindən Krımın bütün şəhər və rayonlarında istehlakçılar kütləvi şəkildə elektrik enerjisiz qalıblar.
Şirkətdən bildirilib ki, hazırda qəzanın aradan qaldırılması istiqamətində təxirəsalınmaz bərpa işləri aparılır və elektrik enerjisinin verilişinin günün sonunadək bərpa olunmasına səy göstərilir.
Xatırladaq ki, Sevastopolun qubernatoru Mixail Razvojayev iyulun 6-na keçən gecə şəhərdə elektrik təchizatının Ukrayna Silahlı Qüvvələrinin şəhərdən kənarda həyata keçirdiyi hücum nəticəsində pozulduğunu bildirib.
.
