“Rusiya Prezidenti Vladimir Putin hesab etmir ki, ABŞ Prezidenti Donald Trampla manipulyasiya etmək olar”.

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Putin Tramp barədə düşündüklərini dəfələrlə müsahibələrində söyləyib”, - deyə Peskov bildirib.

Qeyd edək ki, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton deyib ki, Rusiya Prezidenti Vladimir Putin ABŞ lideri Donald Trampla manipulyasiya edə biləcəyini düşünür.

.