Kreml ABŞ Prezidenti Donald Trampın Ukrayna münaqişəsinin həllində bəzi irəliləyişlər barədə açıqlamalarını şərh etməkdən imtina edib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Trampın rampın bəyanatlarını şərhsiz qoyub.

"Mən bunu şərhsiz qoyardım. Çünki bu məsələ ilə bağlı əlavə detallarımız yoxdur", - Kremlin sözçüsü vurğulayıb.

Peskov Rusiya və ABŞ arasında təxirə salınan Budapeşt sammitindən də danışıb. Bildirib ki, bu sammitə müəyyən mərhələdə hər iki tərəfin tələbi olacaq.

"Biz inanırıq ki, müəyyən mərhələdə hər iki tərəf mütləq sammit tələb edəcək. Lakin bu sammitdən əvvəl çox intensiv, dəqiq ekspert işi aparılmalıdır. Amerikalı həmkarlarımız bu məsələdə bizimlə tamamilə razıdırlar. Yəqin ki, cənab Stiven Vitkoffun son açıqlamasını eşitmisiniz", - Kremlin rəsmi nümayəndəsi yekunlaşdırıb.

.