ABŞ prezidenti Donald Trampın Ukraynanın NATO üzvlüyü və əraziləri ilə bağlı açıqlamaları əsasən Rusiyanın mövqeyi ilə uyğun gəlir.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, Kreml Trampın Politico-ya verdiyi müsahibə, xüsusən də müsahibənin Rusiya və Ukrayna nizamlanması ilə bağlı hissəsi ilə diqqətlə tanış olduğunu söyləyib:

"Tramp Ukrayna münaqişəsinin köklü səbəblərinə toxunub. ABŞ prezidentinin Ukraynanın NATO üzvlüyü, əraziləri və Kiyevin torpaq itkiləri ilə bağlı açıqlamaları Rusiyanın mövqeyi ilə çox uyğundur".

.