Trampın planı Ukrayna münaqişəsinin həlli üzərində işləmək üçün yaxşı əsasdır.

Bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

Qeyd edək ki, Trampın planı öncə qərb mətbuatında yayılan plan 28 maddədən ibarət olub. Planın müddəaları ictimaiyyətə sızdırlandan sonra Ukrayna və Avropa tərəfindən kəskin tənqid olunub. Cenevrədə Vaşinqton və Kiyev rəsmilərinin danışıqlarından sonra Trampın planının 28 maddədən 19 maddəyə qədər azaldıldığı, Ukraynanın NATO-ya üzvlüyü, Ukrayna ordusunun sayı və Ukrayna ərazisi ilə bağlı müddəların çıxırılması barədə məlumat yayılıb.

Rəsmi Moskva Tramp planının rəsmi şəkildə Rusiyaya təqdim edilmədiyini açıqlayıb. Bildirilib ki, qeyri-rəsmi kanallar vasitəsi ilə plan Moskvaya təqdim olunub. Bununla belə, Rusiya Trampın planını Ukraynada sülh üçün əsas olduğunu bəyan edib.

.