Silahlı Suriya müxalifətinin liderləri Rusiyanın Suriyadakı hərbi bazalarının və diplomatik qurumlarının təhlükəsizliyinə zəmanət verib.
Bu barədə TASS Kremldəki mənbəyə istinadən məlumat yayıb.
Qeyd edək ki, 2000-ci ildən Suriya prezidenti olan Bəşər Əsəd dünən, dekabrın 7-də silahlı müxalifət tərəfindən devrilib.
Əsəd prezident postunu və Suriyanı tərk edib. Onun təyyarə qəzasında həlak olduğuna dair müxtəlif məlumatlar yayılıb.
Lakin axşam saatlarında TASS Kremlə istinadən Rusiyanın Əsədə sığınacaq verdiyini və Bəşər Əsədin ailəsi ilə birlildə Moskvada olduğu haqqında məlumat yayıb.
.