Rusiyanın iştirakı olmadan danışıqlar mənasızdır.

Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov Ukrayna ilə bağlı iyunda İsveçrədə keçiriləcək konfransı şərh edərkən bildirib.

Danışıqlar üçün əsas kimi İstanbul razılaşmalarının mümkün qəbulu barədə danışan Rusiya prezidentinin mətbuat katibi qeyd edib ki, hazırda geosiyasi vəziyyət çox fərqlidir.

Onun sözlərinə görə, ümumiyyətlə, Moskva danışıqlara açıqdır.

.