Şimali Koreya (KXDR) hərbçilərinin Kursk vilayətinin azad edilməsi əməliyyatında iştirakı iki ölkə arasında əldə olunan razılaşmanın effektivliyini nümayiş etdirdi.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O qeyd edib ki, Rusiya da lazım gələrsə Şimali Koreyaya hərbi yardım göstərməyə hazırdır. "Bu barədə Rusiya ilə KXDR arasında imzalanmış müvafiq müqavilədə deyilir".


Kremlin sözçüsü vurğulayıb ki, hazırda Rusiya prezidenti Vladimir Putinin KXDR lideri Kim Çen In ilə təmasları planlaşdırılmır.

.