
Kreml Rusiya neftinin alınması ilə bağlı ABŞ prezidenti Donald Trampa deyil, Hindistan və Çin rəhbərliyinə qulaq asmağa çağırıb.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın neft alınması ilə bağlı Pekin və Nyu-Dehlidən gələn bəyanatları əsas tutduqlarını bildirib.
"Hindistan Xarici İşlər Nazirliyinin rəsmi açıqlamalarını rəhbər tuturuq və Pekindən də bir bəyanat var. Bu bəyanat hər kəs üçün əlçatandır. Biz bunu rəhbər tuturuq", Kremlin sözçüsü vurğulayıb.
.