Rusiya Azərbaycan-Ermənistan münasibətlərinin hərtərəfli normallaşması prosesinə dəstəyini davam etdirməyə hazırdır.

Bu, Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfərinə hazırlıq ərəfəsində Kremlin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

Rusiya Prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda qeyd edilib ki, qarşıda duran əsas vəzifələr sülh müqaviləsinin imzalanması, sərhədin delimitasiyası və demarkasiyası prosesinin təşviqi, 2020-2022-ci illərdə ən yüksək səviyyədə imzalanmış üçtərəfli sazişlər əsasında regionda nəqliyyat, logistika və iqtisadi əlaqələrin bərpa edilməsidir: “Ermənistan-Azərbaycan nizamlanması Rusiya Federasiyası və Azərbaycan liderləri arasında danışıqların mövzularından biri olacaq”.

.