Rusiya Prezidenti Vladimir Putinin Dağlıq Qarabağ münaqişəsinin həllində əhəmiyyətli rolu olub.

Bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib.

“İmzalanma ərəfəsi çox gərgin, bəzən, demək olar ki, gecə-gündüz işləməklə keçdi - bu, Prezident Putinin əməyi idi”, - Kremlin sözçüsü bildirib.

Onun sözlərinə görə, Rusiya lideri bütün vaxtı telefonla danışıb, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla danışıqlar aparıb:

“Bir daha təkrar edirəm, bu, bir gündən çox davam edib”.

 

.