“Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı vəziyyətin həlli variantlarını müzakirə etmək üçün istənilən təmaslara açıqdır”.

Yenizaman TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

Onun sözlərinə görə, V.Putin Ukraynada vəziyyətin nizamlanmasına gətirib çıxara biləcək istənilən ideyanı dəstəkləyir.

D.Peskov Ukrayna probleminin Rusiya sərhədlərindəki anti-Rusiya gücləri ilə bağlı olduğunu söyləyib.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

.