Qismən səfərbərlik elan etmək qərarı Ukraynada Rusiyanın bütün NATO-nun və bir sıra digər qeyri-dost ölkələrin hərbi potensialı ilə üz-üzə qalması ilə əlaqədar qəbul edilib.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"Prezident Putin çıxışında xüsusi hərbi əməliyyat zamanı şərtlərin necə dəyişdiyindən danışıb. Məhz prezident deyib ki, əslində biz hazırda NATO-nun və bizə dost olmayan bir sıra digər ölkələrin hərbi potensialı ilə üz-üzəyik", - deyə Kremlin sözçüsü vurğulayıb.

Kreml: 300 minədək insanın hərbi xidmətə çağırılması bir anda baş verməyəcək

Qismən səfərbərlik çərçivəsində 300 minədək insanın hərbi xidmətə çağırılması bir anda baş verməyəcək.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya Federasiyası Hökuməti ən qısa müddətdə qismən səfərbərlikdən möhlət hüququ olan vətəndaşların kateqoriyalarını müəyyən edəcək.

"Kreml Rusiya Federasiyasında qismən səfərbərlik haqqında fərmanın dərc olunmamış yeddinci bəndini açıqlaya bilməz, o, rəsmi istifadə üçündür. Qismən səfərbərlik haqqında fərmanın qapalı yeddinci bəndi Şoyqunun artıq dediyi kimi, 300 min nəfərədək çağırışçıların sayına aiddir", - deyə Kremlin sözçüsü vurğulayıb

Peskov səfərbərliyə məruz qalan vətəndaşlara görə sərhədlərin mümkün bağlanması ilə bağlı suala cavab verməyib.

.