Qazaxıstan hərbçiləri Aktobedə vəziyyətə nəzarət edirlər.
Kreml Rusiyanın Qazaxıstanla sərhədin gücləndirməsinə, çətin ki, ehtiyac olacağını hesab edir.
TASS xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Birincisi, vəziyyətə qazaxıstanlı hərbçilər tərəfindən yetərincə səmərəli nəzarət edilir. Və burada Qazaxıstan ilə sərhədi, çətin ki, möhkəmləndirməyə ehtiyac olsun”, - deyə Peskov bildirib.
O əlavə edib ki, belə vəziyyətlərdə ölkələr arasında qarşılıqlı fəaliyyət yalnız tərəflərdən birinin xahişi ilə həyata keçirilir.
"Hazırda mənə bu barədə qazaxıstanlı tərəfdaşlarımızdan qarşılıqlı fəaliyyət üzrə tələbatın olub-olmadığı məlum deyil”, - Kreml nümayəndəsi bildirib.
O, həmçinin istintaqın Aktobedə baş verən hadisəni araşdıracağından əmin olduğunu bildirib, baş verənləri isə Qazaxıstanın daxili işi adlandırıb.
"Sözsüz ki, bu, Qazaxıstanın daxili işidir. Qazaxıstan hərbçiləri bu quldurlara yetərincə səmərəli qarşılıq veriblər. Bu hücumun arxasında nəyin durduğunu, əlbəttə ki, Qazaxıstanın istintaq orqanları müəyyən edəcəklər”, - deyə Peskov bəyan edib. –
.
