Kremldə Putinlə Şolts arasında telefon danışığına hazırlıq getmir.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Almaniya tərəfindən bununla bağlı siqnal daxil olmayıb.
"Bu yaxınlarda Valday Forumunda baş tutan müzakirə zamanı prezident bir daha təkrar etdi ki, o, bütün danışıqlara açıqdır. Prezident hər zaman açıq olub və açıq olaraq qalır. Valdayda da xatırlatmaq istəyirəm ki, Putin həm Şotls, həm də Makronun onunla təmaslarda imtina etdiyini və danışmaq istəmədiyini söylədi. Ona görə də deyirlərsə ki, hansısa siqnallar gələcək, o zaman onları gözləmək lazımdır. İndiyə qədər belə siqnallar olmayıb", - deyə Kremlin sözçüsü qeyd edib.
.