Hazırda Ukrayna ilə yüksək səviyyəli danışıqlar üçün heç bir perspektiv yoxdur.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Kremlin sözçüsü deyib ki, Putin və Zelenski arasında danışıqlar üçün heç bir ilkin şərt mövcud deyil: “Hazırda heç bir danışıqlar perspektivini nəzərdən keçirmirik. Bunun üçün heç bir ilkin şərt yoxdur”.

Peskov: “Cəbhədəki bütün dəyişikliklər barədə Putinə məlumat verilir”

Cəbhədəki bütün dəyişikliklər barədə Vladimir Putinə məlumat verilir.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərin Rusiya Prezidenti Vladimir Putinin hərbi rəhbərliyə etimadı ilə bağlı suala cavabında bildirib.

“Xüsusi hərbi əməliyyat davam edir və əvvəlcədən qarşıya qoyulan məqsədlərə çatana qədər davam edəcək”, - Kremlin sözçüsü vurğulayıb.

Peskov onu da vurğulayıb ki, Rusiya Prezidenti müdafiə naziri və bütün hərbi rəhbərlərlə daimi, demək olar 24 saat əlaqə saxlayır: "Təbii ki, xüsusi hərbi əməliyyat zamanı başqa cür ola bilməz”.

.