Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Co Bayden arasında görüşün yay aylarında keçirilməsi planlaşdırılır, lakin dəqiq tarix və görüşün keçiriləcəyi ölkə müəyyənləşməyib.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Həqiqətən də, müəyyən təkliflər səsləndirilib. Tarixi hələ təsdiqləyə bilmərəm. Hələlik tarixlə bağlı heç bir razılıq yoxdur. Söhbət həqiqətən də yay aylarından gedir. Hansısa yekun razılaşmaya çıxmaq üçün çoxlu müxtəlif faktorları analiz etmək lazım gələcək”, - deyə Kremlin sözçüsü vurğulayıb.

.