Rusiya Prezidenti Vladimir Putin ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampla təmaslara hazırdır.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O, Putinin dünən Valday Disskusiya Klubunun plenar iclasında da Trampa təmaslara hazır olduğunu vurğuladığını söyləyib.
Kremlin sözçüsü Putin-Tramp təması ilə bağlı konkret heç bir şey olmadığını qeyd edib: "Tramp tərəfindən Putinlə danışmaq üçün heç bir müraciət daxil olmayıb".
Kreml rəsmisi Trampın qələbəsindən sonra Rusiyanın sülh müqaviləsi bağlamaq tələblərinin dəyişib-dəyişmədiyi sualına da cavab verib.
"Prezident heç vaxt deməyib ki, xüsusi hərbi əməliyyatın məqsədləri dəyişir, əksinə əvvəlki məqsədlər qalır. Bunlar ölkəmizin və Rusiya xalqının təhlükəsizlik maraqlarına aiddir. Putin dəfələrlə bütün maraqlı tərəflərlə, münaqişənin həllinə töhfə verə biləcək hər kəslə dialoqa açıqlıqdan danışıb. Putinin Trampla Ukrayna nizamlanmasını müzakirə etməyə hazır olması xüsusi hərbi əməliyyatın məqsədlərinin dəyişməsi demək deyil".

.