Rusiya Prezidenti Vladimir Putin BMT Baş Assambleyasında iştirak etməyi planlaşdırmır.

Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Prezident bu il BMT Baş Assambleyasında iştirak etməyi planlaşdırmır”, -deyə Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, BMT Baş Assambleyası sentyabrın 14-də öz işinə başlayacaq. Baş Assambleyanın yüksək səviyyəli sessiya həftəsi isə sentyabrın 21-dən 27-ə kimi davam edəcək.


 

.