Moskva İrəvan və Bakı arasında münasibətləri normallaşmaya aparan addımları alqışlayır.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov Amerika Birləşmiş Ştatları Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfərinə münasibət bildirərkən deyib.

ABŞ Dövlət Departamenti David Babayanın səfərinə münasibət bildirib
Milli Məclisin sədri Pelosinin Ermənistana səfəri çərçivəsində səsləndirdiyi açıqlamaya dair bəyanat yayıb
Lavrovun xüsusi nümayəndəsi sülh müqaviləsi üzərində işləmək üçün Bakı və İrəvana səfər edəcək
“Sözdə deyil, əməldə, ucadan, populist deyil, reallıqda, sakit və işgüzar şəkildə olan hər şey münasibətlərin normallaşmasına, sərhəddə vəziyyətin sabitləşməsinə töhfə verə bilər, bütün bunları alqışlamaq olar. Reallıqda belə səsli-küylü hərəkətlər və bəyanatlar bu normallaşmaya töhfə verə bilərmi? Baxarıq, zamanla hər şey aydınlaşacaq”, - deyə Peskov deyib.

.