Kreml Fransa Prezidenti Emmanuel Makronun mümkün istefası ilə bağlı xəbərləri şərh etməyi tez hesab edir.
Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Rusiya Prezidentinin sözçüsü qeyd edib ki, Makronun partiyası sürətlə öz mövqeyini itirir.
"Görünür, fransızların nəsə xoşuna gəlmir", deyə Peskov vurğulayıb.
Qeyd edək ki, "Europe 1" radiostansiyası Makronun sağçıların Avropa Parlamentinə seçkilərdə uğur qazanması fonunda istefa vermə ehtimalını nəzərdən keçirdiyi barədə məlumat yayıb.
.