Birbaşa danışıqlara hazır olma siqnalı Kiyevdən gəlməlidir.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, Moskva bu istiqamətdə Kiyevdən heç bir hərəkət görmür.

“Kiyev bununla bağlı müəyyən addımlar atmalıdır” deyən Peskov jurnalistlərə bildirib ki, Ukrayna qanunvericiliyi Rusiya ilə danışıqları qadağan edib.

“Biz hələ heç bir hərəkət görmürük ”, - Kremlin sözçüsü vurğulayıb.

Peskov əlavə edib ki, Rusiya xüsusi hərbi əməliyyatını davam etdirir, lakin Moskva ilkin şərt olmadan Kiyevlə danışıqlara başlamağa hazırdır.

.