Kreml gələcək dünya nizamının Amerika mərkəzli olmayacağını hesab edir.
Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
ABŞ prezidenti Co Baydenin dünyanın yeni dünya nizamına ehtiyacının olması fikrinə münasibət bildirən Kremlin sözçüsü rəsmi Moskvanın Baydenin bu fikri ilə razılaşdığını söyləyib. "Lakin Kreml ABŞ-ın yeni dünya nizamını qura biləcəyi fikri ilə razılaşmır. Kreml hesab edir ki, gələcək dünya nizamı Amerika mərkəzli olmayacaq", deyə Putinin sözçüsü vurğulayıb.
.
