Rusiya Ukraynada döyüş missiyaları zamanı kəşfiyyat məlumatları əldə etmək üçün öz kosmik imkanlarından istifadə edir.

Bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Ukrayna ərazisinə raket zərbələri endirmək üçün Çinin Rusiyaya peyk kəşfiyyatı məlumatları verdiyi barədə Ukrayna tərəfinin iddialarını şərh edərkən bildirib.

 

“Xüsusi hərbi əməliyyat qarşısında duran bütün vəzifələri yerinə yetirmək üçün öz imkanlarımız, o cümlədən kosmik imkanlarımız var”, - Kremlin sözçüsü qeyd edib.

.