Moskvanın Qızıl Meydanında 9 may Qələbə Paradı bu il adi formatda keçiriləcək.

Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O, paradda tamaşaçıların iştirakı məsələsi ilə bağlı qərarın epidemioloji vəziyyətdən asılı olaraq veriləcəyini qeyd edib.

Kremlin sözçüsü ölkədə koronavirusla bağlı dinamikanın nikbinlik yaratdığını vurğulayıb.

Qeyd edək ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu Qələbə Paradının keçiriləcəyini açıqlayıb.

.