
Avropa İttifaqı ölkələrinin Rusiya dövlət nömrə nişanlı avtomobillərin ölkəyə girişini məhdudlaşdırmaq qərarları absurddur.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, bu qərarlar onsuz da acınacaqlı olan münasibətlərə mənfi təsir göstərir.
"Rusiya Federasiyası Aİ ölkələrinin Rusiya dövlət nömrə nişanlı avtomobillərin ölkəyə girişini məhdudlaşdırmaq qərarlarına onun üçün faydalı olan şəkildə cavab verəcək. Bu hər zaman əks cavab tədbirlər deyil", - deyə Kremlin sözçüsü vurğulayıb.
Qeyd edək ki, bu gün Aİ ölkələrinin məlum qərarına Bolqarıstan qoşulub.
.